SİYASƏT
KEYFİYYƏT, ƏTRAF MÜHİT VƏ TƏHLÜKƏSİZLİK ÜZRƏ
“MƏİŞƏT MAYE QAZ” QSC-NİN SİYASƏTİ
“Məişət Maye Qaz” QSC Azərbaycan Respublikasının ərazisində “Məişət maye qazın istehsalı, saxlanması, nəqli və satışı, təzyiqlə sıxılmış tutumların təmiri, şəhadətləndirilməsi və sınağı” xidmətlərini təqdim edən aparıcı şirkət olaraq İnteqrəedilmiş İdarəetmə Sistemi (keyfiyyət, ətraf mühit və təhlükəsizlik) üzrə hazırki Siyasətini strateji hədəflərə nail olmaqla və aşağıda qeyd olunan prinsilərin həyata keçirilməsi yolu ilə realizasiyasını təmin edir.
İNTEQRƏEDİLMİŞ İDARƏETMƏ SİSTEMİNİN MƏQSƏDİ
Təqdim edilən xidmətlərin yüksək keyfiyyət səviyyəsinə nail olmaq, əməyin təhlükəsizliyi və işçilərimizin sağlamlığının qorunması səviyyəsinin yüksəldilməsi, o cümlədən ətraf mühitinə neqativ təsirin azaldılması yolu ilə sifarişçilərimizin/ istehlakçılarımızın tələb və gözləntilərinin təmin edilməsi.
İNTEQRƏEDİLMİŞ İDARƏETMƏ SİSTEMİNİN ƏSAS PRİNSİPLƏRİ
- İnteqrəedilmiş İdarəetmə Sisteminin ISO 9001, ISO 14001 və ISO 45001 beynəlxalq standartlarının və qanunverici tələblərə uyğun saxlanması və inkişaf etdirilməsi.
- İstehlakçılarda keyfiyyət və etibarlılıq məsələlərinə olan baxışlarının istehsalçının baxışları ilə üst-üstə düşməsinin təmin edilməsi üçün səylərin göstərilməsi.
- Maraqlı tərəflərin (sifarişçilər, işçilər, cəmiyyət və s.) tələb və gözləntilərinin təmin edilməsinə istiqamətlənmiş fəaliyyətimizin təşkilində proses yanaşmanın tətbiqi ilə idarəetmə sisteminin inkişafı.
- Müəyyən edilmiş əhəmiyyətli riskləri, xidmətlərin keyfiyyəti haqqında məlumatları, ekoloji aspektləri və əməyin mühafizəsi və sağlamlığın qorunması sahəsində tələbləri nəzərə almaqla, proseslərin fəaliyyəti barəsində məlumatların təhlili əsasında vaxtlı-vaxtında qərarların qəbul edilməsi.
- Risklərin idarəetmə sisteminin tətbiq edilməsi və yerinə yetirilən fəaliyyəti çərçivəsində rəhbər heyətində və işçilərdə risk istiqamətlənmiş düşüncənin inkişaf etdirilməsi yolu ilə mayə qazın saxlanması, nəql edilməsi və istismarı üçün infrastrukturun zəruri təhlükəsizliyinin təmin edilməsi.
- Fəaliyyət sahəsi üzrə ətraf mühitin mühafizəsi, əməyin təhlükəsizliyi və sağlamlığın qorunması sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi və beynəlxalq hüquq aktları ilə müəyyən edilmiş bütün tətbiq edilən normalara riayət edilməsi, o cümlədən ətraf mühitin mühafizəsi, əməyin təhlükəsizliyi və sağlamlığın qorunması sahəsində təşkilatın fəaliyyətinin daimi təkmilləşdirilməsinin təmin edilməsi.
- Əsas fəaliyyətin yerinə yetirilməsi, o cümlədən mümkün qəza vəziyyətləri zamanı ekoloji təsirlərin azaldılmasına və əməyin təhlükəsizliyi və sağlamlığın qorunması sahəsində təhlükələr üzrə risklərin baş verməsinin qarşısının alınmasına can atması.
- Ətraf mühiti mühafizə etmək, o cümlədən, ərazilərin çirkləndirilməsinin qarşısını almaq, təbii resurslardan qənaətlə istifadə etmək, əhəmiyyətli ekoloji aspektləri nəzarətdə saxlamaq, onların ətraf mühitə təsirini minimuma endirmək, baş verəcək iqlim dəyişikliklərinin təsirinin yumşaldılması üçün tədbirlər görmək, şirkətin fəaliyyəti bağlı ekoloji göstəriciləri yüksəltmək;
- İstehsalat zədələnmələrinin qarşısının alınması və sağlamlığın qorunması üçün sağlam və təhlükəsiz əmək şəraiti yaradılması;
- Təqdim edilən xidmətlərin keyfiyyətinə və istehlakçıların məmnunluğuna, ətraf mühitinə, əməyin təhlükəsizliyinə və sağlamlığın qorunmasına mənfi təsir göstərən risklərin aşkarlanması və onların idarəetmənin planlaşdırılması üzrə fəaliyyətinin təşkili.
- Normativ sənədlər üzrə tələblərə uyğun keyfiyyətli məhsulun istehsalı və vaxtında istehlakçılara çatdırılması.
- Texnoloji avadanlıqlarının qəzasız işinin təmin edilməsi hesabına qazdoldurma məntəqələrinin istismarı zamanı sənaye təhlükəsizliyi üzrə bütün tələblərinin müəyyən edilməsi və yerinə yetirilməsi, avadanlıqlarının texniki müayinəsi üçün effektiv metodlarının tətbiq edilməsi.
- İşçilərin peşə səviyyəsinin daimi artırılması, təqdim edilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, sənaye və ekoloji təhlükəsizliyi sahəsində tələblərin riayət edilməsi üzrə fəaliyyətə bütün səviyyələrdə işçilərin cəlb edilməsi.
- Maraqlı tərəflərlə (təchizatçılar və istehlakçılar, işçilər, cəmiyyət və s.) qarşılıqlı faydalı münasibətlərinin yaradılması, onların keyfiyyət, ekologiya, əməyin təhlükəsizliyi və sağlamlığın qorunması idarəetmə sistemlərinə cəlb edilməsi.
- Yaxşılaşdırma istiqamətlərinin müəyyən edilməsi, məqsədlərin vəhdətinin təmin edilməsi, işçilərin etibarlı daxili məlumatlandırma sisteminin saxlanması, resursların səmərəli bölüşdürülməsi, həmçinin İnteqrəedilmiş İdarəetmə Sisteminin proseslərinə nəzarət və təhlil sistemi hesabına keyfiyyət, təhlükəsizlik və ekologiya məsələlərində bütün səviyyələrdə rəhbər işçilərin iştirakının təmin edilməsi.