“Azəriqaz” və “Məişət Maye Qaz” Azərbaycanda QDM şəbəkəsinin yaradılması məqsədilə birgə müəssisə təsis edib

  SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyi və “Məişət Maye Qaz” QSC Azərbaycanda qazdoldurma stansiyalarının (QDM) tikintisi layihəsinin reallaşdırılması məqsədilə birgə müəssisə təsis edib. Bu barədə jurnalistlərə SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov məlumat verib.

“Hazırda bu məsələnin həlli ilə məşğul olacaq birgə müəssisənin formalaşdırılması prosesi gedir. Biz QDM-də maye qazın satışı təcrübəsini artıq Gürcüstanda həyata keçirmişik və alıcıların avtomobillər üçün maye qazdan istifadəsi iqtisadi nöqteyi-nəzərdən sərfəlidir”, - deyə S.Qasımov “İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin sualına cavabında qeyd edib.

Onun sözlərinə görə, ictimai nəqliyyatda sərnişinlərin daşınması üçün benzin əvəzinə daha ucuz yanacaqdan istifadə həm sərnişinlər, həm də daşıyıcı şirkətlərə çox sərfəli olacaq.

O qeyd edib ki, QDM ilə yanaşı, maye qazın satışına müvafiq şərait olarsa, Azərbaycanda mövcud olan YDM-lərdə təşkil oluna bilər.

Hazırda SOCAR-ın Azərbaycanda yalnız YDM şəbəkəsi fəaliyyət göstərir